İdman

Aerobika gimnastikası üzrə Avropa çempionatında gənclər arasında qrup proqramının qalibləri müəyyənləşib

26 May 2019 13:40
Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının gənclər arasında qrup proqramında qalibləri müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, birinci yerə Rusiyadan olan qrup yüksəlib (20,050 bal). İkinci və üçüncü yerlərin sahibləri müvafiq olaraq İtaliya (10,600 bal) və Macarıstan (19,600 bal) komandaları olub.

Qeyd edək ki, mayın 26-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürüb.

Final mərhələsində böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar.

Ölkəmizi final mərhələsində aero-dans proqramında gənc gimnastlar komandası təmsil edəcək, böyük gimnastlar isə aero-dans proqramı və qruplar tərkibində çıxış edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.