İdman

Aerobika gimnastika üzrə Avropa çempionatının gənclər arasında fərdi qadın və kişi, qarışıq cütlüklər proqramlarında qaliblər mükafatlandırılıb - FOTO

26 May 2019 13:10
Baxış: 494

Bu gün Bakıda Milli Gimnastika arenasında aerobika gimnastika üzrə 11-ci Avropa çempionatının gənclər arasında fərdi qadın və kişi proqramlarında, həmçinin qarışıq cütlüklər şəklində çıxış edən idmançıların mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, gənclər arasında fərdi qadın proqramında birinci yerə Anastasiya Dmitriyeva (Rusiya) yüksəlib, Darya Tixonova (Rusiya) ikinci, Anastasiya Kuraşvili (Ukrayna) isə üçüncü olub.

Qaliblərə mükafatları Avropa Gimnastika İttifaqının (UEG) vitse-prezidenti Mişel Butar, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvü Lefki Ferentino və Azərbaycan Gimnastika Federasiyasının meneceri Arif Feyziyev təqdim ediblər.

Gənclər arasında fərdi kişi proqramında birinci yerə Anton Kolobov (Rusiya) yüksəlib, Migel Kabarro Manne (İspaniya) ikinci, Daniel Tavok (Rumıniya) isə üçüncü olub.

Mükafatları idmançılara UEG-in İcra Komitəsinin üzvü Andrey Rodionenko, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin meneceri və katibi Olqa Kiseloviçeva və Azərbaycan Gimnastika Federasiyasının meneceri Sara Zeynalova təqdim ediblər.

Qarışıq cütlüklər arasında birinci yerə İtaliya idmançıları (Andrea Kolnaqo və Eliza Marras, 20,050 bal) çıxıb, ikinci yerin sahibi Rusiya təmsilçiləri (Damir Manafov və Kseniya Stefu, 20,050 bal) olublar, üçüncü yerə isə rumıniyalı cütlük (Darius Avqustin Branda cə Andrea-Selena Sotanqa, 19,900 bal) laiq görülüblər.

Mükafatları UEG-in Baş direktoru Liza Vortman, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvü Monika Vitoff və Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Qasımov təqdim ediblər.

Xatırladaq ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edir - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.