İdman

Anton Kolobov gənclər arasında fərdi proqramda Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb

26 May 2019 11:22
0 Şərh     Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya idmançısı Anton Kolobov Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında gənc gimnastlar arasında fərdi kişi proqramında birinci yerə yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışda gümüş medalı ispaniyalı Migel Kabarro Mane qazanıb (20,900 bal), bürünc medala isə Daniel Tavokun sahib olub(Rumınıya, 20,550 bal).

Qeyd edək ki, mayın 26-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürüb.

Final mərhələsində böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar.

Ölkəmizi final mərhələsində aero-dans proqramında gənc gimnastlar komandası təmsil edəcək, böyük gimnastlar isə aero-dans proqramı və qruplar tərkibində çıxış edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.