İdman

Lempard “Çelsi” ilə bağlı iddialardan danışdı

26 May 2019 11:40
0 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbəti mövsümdən "Çelsi"ni çalışdıracağı iddia edilən "Derbi" klubunun baş məşqçisi Frenk Lempard İngiltərə mətbuatına açıqlama verib.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, Lempard iddialarla bağlı bunları deyib:

"Baş məşqçiliyə başlayanda hər kəs "Çelsi"ni çalışdırmalı olduğumu deyirdi. Mənim xəyalım, hər gün etdiklərimin ən yaxşısını etməkdir.

"Çelsi"nin qarşıda böyük bir oyunu var. Ondan da vacibi, bizim qarşılaşmamız var. "Çelsi"nin Avropa Liqasını qazanmaq üçün yaxşı baş məşqçisi var. "Çelsi"də 13 il çıxış etdiyim üçün insanların bu kluba qayıdacağımı düşünməsi normaldır. Ancaq hazırda bütün diqqətim "Derbi"dədir".

Lempardın rəhbərlik etdiyi "Derbi" Çempionşipin pley-off mərhələsinin finalında "Aston Villa" ilə qarşılaşacaq. Mayın 27-də keçiriləcək qarşılaşmanın qalibi növbəti mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.