İdman

“Qalatasaray”dan Fatih Terimlə yeni müqavilə - RƏSMİ

26 May 2019 11:04
0 Şərh     Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə çempionu "Qalatasaray" baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini uzadıb.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, 66 yaşlı təcrübəli mütəxəssislə imzalanan yeni müqaviləyə əsasən o, daha 5 il İstanbul təmsilçisini çalışdıracaq.

Bunu klubun prezidenti Mustafa Çengiz açıqlayıb. O, "Qalatasaray"ın 22-ci Super Liqa çempionluğunun qeyd olunması mərasimində çıxış edərək Terimlə anlaşma barədə məlumat verib. Ardından Terim hər kəsin gözü qarşısında yeni müqaviləyə imza atıb.

Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə də "sarı-qırmızılar"ı çalışdıran Terim 2017-ci ildə İstanbul nəhənginə qayıdıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.