İdman

Donald Gerye də “Qarabağ”dan gedə bilər - Maaşının artırılmasını istəyir

25 May 2019 23:37
0 Şərh     Baxış: 1 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnnosent Emeqara, Reynaldo və Yakub Jezniçakla yollarını ayıran "Qarabağ" daha bir futbolçusunu itirə bilər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu müqaviləsi başa çatan haitili müdafiəçi Donald Geryedir. Ağdam təmsilçisi futbolçunu heyətdə saxlamaq istəsə də, tərəflər razılığa gələ bilmir.

Daha yaxşı təkliflər alan Geryeni "Qarabağ"ın təklif etdiyi maaş qane etmir. Müdafiəçi son çempionatdan sonra maaşının artırılmasını istəyib. Lakin, ağdamlılar onun istəyini hələ ki, yerinə yetirmək niyyətində deyil. "Qarabağ" Donalda eyni maaşı təklif etdiyi üçün futbolçu digər variantlar üzərində düşünür. Belə ki, Geryenin Polşa və Türkiyədən də təkliflər alıb.

Qeyd edək ki, onun "Qarabağ"da illik maaşı 350 min dollardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.