İdman

Belarus gimnastı: Bakıda Aerobika gimnastikası üzrə Avropa Çempionatı möhtəşəm keçir

25 May 2019 23:24
1 Şərh     Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Milli Gimnastika Arenasında çıxış etməkdən zövq alıram.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında iştirak edən belaruslu gimnast Darya Xoronenko deyib.

Gimnast bildirib: "Avropa Çempionatı möhtəşəm keçir. Zal çox gözəldir, təşkilatçılıq yüksək səviyyədədir. Azərbaycanlı azarkeşlərin bizi dəstəkləməsindən məmnunluq duyuram".

İdmançı Bakıya səfəri zamanı bir sıra maraqlı tarixi yerləri gəzdiyini də deyib:

"İçəri Şəhərdə oldum, ora çox gözəldir. Burada qədim və müasir memarlığın vəhdətini görmək olur. Bakı gözəl şəhərdir, burada dəniz var".

D.Xoronenko bu gün qrup hərəkətləri üzrə yarışlara qatılacaq.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.