İdman

"Beşiktaş"ın prezidenti Yurçeviçə niyə zəng vurub?

25 May 2019 19:44
0 Şərh     Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn mövsüm Türkiyəni Avropa Liqasının qrup mərhələsində təmsil edəcək "Beşiktaş" heyətini gücləndirməyə hazırlaşır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "qara qartallar"ın əsas hədəflərindən biri "Cenoa"nın müdafiəçisi Darko Lazoviçdir. Hətta İstanbul klubunun prezidenti Fikrət Ormanın Xorvatiya millisinin də üzvü olan 28 yaşlı futbolçu haqda məlumat toplamaq üçün yığmamızın baş məşqçisi Nikola Yurçeviçə zəng vurduğu bildirilir. Vaxtı ilə "Beşiktaş"da Slaven Biliçin köməkçisi işləyən Yurçeviçi millimizə təyinatı münasibətilə təbrik edən F. Ormanın 52 yaşlı mütəxəssisdən Lazoviç barədə soruşduğu da iddia olunur. Məhz bu telefon danışığından sonra türklərin İtaliya klubu ilə danışıqlara başladığı deyilir.

Qeyd edək ki, Yurçeviç 2013-2015-ci illərdə "Beiktaş"da çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.