İdman

Ronaldu oynamayacaq

25 May 2019 19:43
0 Şərh     Baxış: 943

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu A Seriyasında 2018-2019 mövsümünün sonuncu - 38-ci turunda sabah "Sampdoriya" ilə keçiriləcək oyunda meydana çıxmayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Massimiliano Alleqri UEFA Millətlər Liqasının "Dördlər finalı" üçün Portuqaliya yığmasına dəvət alan 34 yaşlı superulduza istirahət verib. Beləliklə, Ronaldu cari çempionatı 21 qolla başa vuracaq.

Qeyd edək ki, bu, məhsuldarlıq baxımından təcrübəli forvardın 2008-ci ildən bu yana keçirdiyi ən zəif mövsümdür. O, sonuncu dəfə 2008-2009 mövsümündə "Mançester Yunayted"in heyətində meydana çıxdığı 33 oyunda 18 qol vurmuşdu.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.