İdman

"Qəbələ"dən sabiq futbolçusuna rəsmi təklif

25 May 2019 19:42
0 Şərh     Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mövsümün sonunda "Keşlə"dən ayrılan Amil Yunanov "Qəbələ"dən təklif alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 26 yaşlı hücumçu özü məlumat verib. Onun sözlərinə görə, əyalət klubu sabiq futbolçusuna 1 illik müqavilə təklif edib. Ancaq Yunanov hələlik qarşı tərəfə cavab verməyib. Futbolçu 1 həftə içində bütün məsələlərə aydınlıq gələcəyini bildirib.

Qeyd edək ki, Amil "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. O, 2010-2013-cü illərdə "qırmızı-qaralar"ın formasını geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.