İdman

Azərbaycan komandası aerobika gimnastikası üzrə Avropa Çempionatında qruplar arasında finala yüksəlib

25 May 2019 18:53
Baxış: 303

Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında qruplar tərkibində çıxış edən böyük gimnastlar arasında finalçılar məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın qrup komandası (Balaxanım Əhmədova, Vladimir Dolmatov, Nərminə Hüseynova, İmran İmranov, Mədinə Mustafayeva) 19.555 bal toplayaraq finala yüksəlib.

Azərbaycan komandası ilə yanaşı finala Bolqarıstan (22.066 bal), Rusiya (22.000 bal), Rumniya (21.983 bal), İtaliya (21.961 bal), Macarıstan (21.438 bal), İspaniya (20.472 bal) və Böyük Britaniya (19.172 bal) komandaları yüksəliblər.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.