İdman

Aerobika gimnastikası üzrə Avropa Çempionatında kişilər arasında fərdi proqramda finalçılar məlum oldu

25 May 2019 18:16
Baxış: 234

Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında kişilər arasında fərdi proqramda finalçılar məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, finala Roman Semyonov (Rusiya, 21.950 bal), Timur Kulayev (Rusiya, 21.500 bal), Antonio Papazov (Bolqarıstan, 21.350 bal), Tixomir Barotev (Bolqarıstan, 21.300 bal), Florian Buqalyo (Fransa, 21.200 bal), Davide Naççi (İtaliya, 21.200 bal), Qarbiel Bokser (Rumıniya, 20.950 bal), Stefan Kostin Hustea (Rumıniya, 20.800 bal) yüksəliblər.

Azərbaycan gimnastları Vladimir Dolmatov (20.750 bal) 9-cu, Elçin Məmmədov (19.100 bal) isə 18-cı\i yer tutaraq finala yüksələ bilməyiblər.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.