İdman

Boksçumuz Çexiyada Qran Pridə finala yüksəldi

25 May 2019 18:00
1 Şərh     Baxış: 408

Çexiyada boks üzrə Usti-nad-Labem Qran Prisində yarımfinal mərhələsinin görüşləri başa çatıb. Azərbaycan millisinin 1 üzvü finalda iştirak hüququ qazanıb.

Milli.Az bildirir ki, Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) 1/2 finalda tailandlı Nasuk Vuttiçayla üz-üzə gəlib. Görüş Olimpiya mükafatçımızın qələbəsi ilə yekunlaşıb - 4:1 (28:29, 29:28, 30:27, 30:27, 30:27). O, həlledici görüşdə norveçli Hadi Srourla döyüşəcək.

L.Sotomayordan fərqli, Alfonso Dominqes (81 kq) finala yüksələ bilməyib. 1/2 finalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusla qarşılaşan boksçumuz 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olaraq, bürünc medalla kifayətlənib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Maqa Sarkazm · 25 May 18:2700

    Elede agiz dolusu bokcumuz deyirsizki adamin lap zenci olmagi gelir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.