İdman

Aerobika gimnastikası üzrə Avropa Çempionatında qadınlar arasında fərdi proqramda finalçılar məlum olub

25 May 2019 16:31
Baxış: 160

Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında qadınlar arasında fərdi proqramda finalçılar məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, finala Yekaterina Pıxtova (Rusiya, 21.300 bal), Ayşə Bequm Onbaşı (Türkiyə, 21.200 bal), Tatyana Konakova (Rusiya, 21.500 bal), Darina Paşova (Bolqarıstan, 21.000), Anna-Mariya Stoilova (Bolqarıstan, 20.850 bal), Belen Qiyemo Esterliç (İspaniya, 20.650 bal), Sara Silva (Portuqaliya, 20.600 bal), Sandra Kristina Dinka (Rumıniya, 20.450 bal) çıxıblar.

Azərbaycan gimnastları Xoşqədəm Quliyeva (18.400 bal) və Nərminə Hüseynova (17.400 bal) 24 və 31-ci yerləri tutaraq finaldan kənarda qalıblar.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.