İdman

Cüdoçumuz Çin Qran-prisinin qalibi oldu - FOTO

25 May 2019 16:44
1 Şərh     Baxış: 370

Çin Xalq Respublikasında keçirilən cüdo üzrə beynəlxalq turnirin 2-ci günü Azərbaycan millisi üçün uğurlu olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Çin "Qran-Pri"sinin qızıl medalını qazanıb.

Hidayət Heydərov Yunanıstan, Rusiya, Kanada, İsveç cüdoçularını məğlub edərək həlledici görüşdə Birləşmiş Ərəb Əmirliklərinin moldovan əsilli idmançısı Viktor Skvortovla qarşılaşlb. Rəqibini "ippon" təmiz qələbə ilə udan Hidayət Bakı "Böyük Dəbilqə"sindən iki həftə sonra Çin "Qran-Pri" yarışının da baş mükafatını qazanıb.

Qeyd edək ki, Çində 43 ölkədən 298 cüdoçu mübarizə aparır. Azərbaycan beynəlxalq turnirdə 6 cüdoçu ilə təmsil olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Zəki · 25 May 18:2100

    Afərin halal olsun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.