İdman

Ermənistan Boks Federasiyası: Azərbaycan və UEFA-nın ünvanına tənqidlər ağlasığmazdır

25 May 2019 15:46
0 Şərh     Baxış: 1 503

"Arsenal"ın futbolçusu Henrix Mxitaryanın Bakıda Avropa Liqasının finalına getməyəcəyi barədə açıqlaması Ermənistanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az bildirir ki, Trend-in "Eurasia.net" saytına istinadən məlumatına görə, Ermənistan Boks Federasiyasının mətbuat katibi Yervand Akopyan öz "Facebook" səhifəsində bu qərarı tənqid edib:

"Azərbaycan və UEFA-nın ünvanına tənqidlər ağlasığmazdır. Onlar bütün təhlükəsizlik təminatlarını təqdim ediblər. Mxitaryan özü getməmək qərarı verib".

Bu yazını şərh edənlərdən biri isə H.Mxitaryanı "qorxaq" adlandırıb və xatırladıb ki, erməni güləşçilər Bakıya 2007-ci ildə dünya çempionatı və 2015-ci ildə Avropa oyunlarında iştirak edib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.