İdman

Mirabdulla Polşa klubunun transfer hədəfində

25 May 2019 17:57
0 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin və Azərbaycan millisinin üzvü Mirabdulla Abbasov karyerasını Polşada davam etdirə bilər.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Ekstraklasada mübarizə aparan "Lex"in radarına düşüb. Poznan təmsilçisi Abbasovun transferi üçün "Neftçi"yə təklif göndərəcək.

Mirabdullanın xidmətində "Səbail" klubu da maraqlıdır. Komandanın baş məşqçisi Aftandil Hacıyev bu keçid üçün təklif göndərəcəklərini açıqlamışdı.

Mirabdulla Abbasov başa çatan mövsüm Premyer Liqada 28 oyuna 7 qol vurub, 4 assist edib.

"Neftçi"nin yetirməsi 2016-cı ildə Latviyanın "Dauqavpils" klubunda icarə əsasında çıxış edib. O, 2016/17 mövsümünü "Sumqayıt"da keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.