İdman

"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri müəyyənləşdi

25 May 2019 12:23
0 Şərh     Baxış: 1 267

Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq bütün klubların adı və püşkatmaya qatılacağı səbəti bəlli olub.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsindən başlayacaq bütün mümkün rəqibləri məlumdur.

Səpələnmişlər sırasında yer alan təmsilçimiz səpələnməmişlər səbətindən bir komanda ilə qarşılaşacaq ki, orda da yalnız ilkin mərhələdən gələcək kollektiv müəyyənləşməyib.

Qaydalara görə, I təsnifat mərhələsinin səpələnməmişlər səbətində yer alan Ermənistan çempionu "Pünik" siyasi səbəblərə görə "Qarabağ"a rəqib ola bilməz, səpələnmişlər səbətində yer alan qalan 14 komanda isə potensial rəqibdir:

Çempionlar Liqası

I təsnifat mərhələsi
 
Səpələnmişlər: "
Seltik" (Şotlandiya), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Ludoqorets" (Bolqarıstan), "Qarabağ" (Azərbaycan), "Maribor" (Sloveniya), "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dandalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels), "Slovan" (Slovakiya), AIK (İsveç)
 
Səpələnməmişlər: "Suduva" (Litva), "Sarayevo" (Bosniya və Herseqovina), "Valletta" (Malta), "Pyast" (Polşa), "Pünik" (Ermənistan), "ÇFR Kluj" (Rumıniya), "Ferensvaroş" (Macarstan), "Nomme Kalyu" (Estoniya), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Valyur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), "Saburtalo" (Gürcüstan) və ilkin mərhələnin qalibi.
 
İlkin mərhələ
 
Səpələnmişlər: "Linkoln" (Cəbəllütariq), "Santa Koloma" (Andorra)

Səpələnməmişlər: "Feronikeli" (Kosovo), San-Marino çempionu

Avrokuboklarda I və II təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları 9/10 iyul - 16/17 iyul tarixlərində keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.