İdman

"Liverpul"a məğlubiyyət Valverdenin günahı deyildi, məsuliyyət futbolçulardadır" - Messi

25 May 2019 12:45
1 Şərh     Baxış: 897

"Barselona"nın kapitanı Lionel Messi "Liverpul"la mübarizədən məğlub ayrılıb (3:0, 0:4), Çempionlar Liqasında mübarizəni yarımfinalda dayandırmalarından danışıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, argentinalı ulduz uğursuzluqda baş məşqçi Ernesto Valverdenin günahkar olmadığını deyib:

"Bu, hamımız üçün ağır zərbə oldu. Xüsusilə də, sonrakı oyun üçün meydana çıxanda hiss edildi. Doğrusu, özüm oxumamışam və görməmişəm, ancaq Valverdenin tənqid edildiyi deyilir. O, mükəmməl bir iş görür. "Liverpul"a məğlubiyyət Valverdenin günahı deyildi, məsuliyyət futbolçulardadır. Eyni şeyin təkrarlana biləcəyini bilirdik ("Barselona" ötən il də ÇL-də "Roma" ilə mübarizədə oxşar halla üzləşmişdi - red.) və oldu. Bir dəfə olar, ancaq ardıcıl iki il... Bəlkə də, mistik nəsə var. Cəmi 2 oyun uduzduq, qalan hər şey yolunda idi. "Valensiya"ya qarşı final? Sakitik. Həmişəki kimi hazırlaşırıq. İspaniya Kubokunda yaxşı oynadıq və bunu sona çatdırmalıyıq. Mövsümü iki kubokla bitirə bilərik. Bütün finalları qazanmalıyıq".

31 yaşlı futbolçu "Atletiko"dan ayrılmağa qərar verən Antuan Qrizmannın transferi ilə bağlı verilən sualı cavablandırmaq istəməyib.

"Barselona" - "Valensiya" oyunu bu gün Bakı vaxtı ilə 23:00-da keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tənqidçi · 25 May 17:1120

    Sən yaxşı oğlan olsan özünüdə günahkar sayarsan...günah oyunçularda idi yoxeee...sən deməlisən ki,günah biz oyunçularda idi...yəni özüvüdə daxil ettttt...mənliyin öldürübdə səni...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.