İdman

UEFA prezidentindən Bakıdakı finala dəstək

25 May 2019 10:11
Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA-nın prezidenti Aleksander Çeferin Almaniyanın "Der Spiegel" jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Çeferin final oyunu fonunda Azərbaycanda insan haqlarının vəziyyəti haqqında deyilənlərə münasibət bildirərkən qeyd edib ki, bu, digər Avropa ölkələrinə də aiddir.

UEFA prezidenti Mxitaryanın "təhlükəsizlik" məsələsinə görə Bakıya gəlməməsindən də danışıb. O bildirib ki, Mxitaryanın fikirləri Fransada "Avro-2016"nın keçirildiyi zaman dedikləri ilə paralellik təşkil edir: "Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa gələcəkdə heç nə təşkil edə bilməyəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.