İdman

Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatının gənclər arasında komanda hesabı ilə qaliblərin mükafatlandırma mərasimi keçirilib - FOTO

24 May 2019 20:22
Baxış: 418

Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının gənclər arasında komanda hesabı ilə qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, komanda hesabı üzrə qaliblər 5 ən yaxşı çıxışa görə müəyyən edilib.

Kürsünün yuxarı pilləsinə Rusiyanın gənclər komandası çıxıb. İkinci yerdə Rumıniya, üçüncü yerdə isə Macarıstan komandaları qərarlaşıb.

Qaliblərə mükafatları Avrop Gimnastika İttifaqının (UEG) aerobika gimnastikası üzrə texniki komitəsinin rəhbəri Mariya Kristina Kazentini, UEG-in aerobika gimnastikası üzrə texniki komitəsinin üzvü Alina Draqan, Azərbaycan Gimnastika Federasiyasının meneceri Mehman Əliyev təqdim edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.