İdman

Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatında qruplar arasında finalçılar məlum olub

24 May 2019 20:10
Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aerobika gimnastikası üzrə Avropa çempionatında gənclər arasında qrup proqramında finalçılar məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, finala Rusiya (19.550 xal), Macarıstan (19.300 xal), Rumıniya (19.100 xal), İtaliya (18.950 xal), Böyük Britaniya (18.000 xal), Bolqarıstan (17.900 xal), Portuqaliya (17.750 xal), Almaniya (16.850 xal) komandaları vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.

Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.