İdman

Baş məşqçi: "Azərbaycanın gənclərdən ibarət komandası daha çoxuna qadirdir"

24 May 2019 17:41
Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mən aerobika gimnastikası üzrə Avropa çempionatında gənclərdən ibarət komandamızın çıxışından razı qaldım.

Milli.Az xəbər verir ki, bunu Trend-ə aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Marian Kolev deyib.

O bildirib ki, yoxlama məşqində gimnastlar hərəkətləri daha yaxşı yerinə yetiriblər:

"Amma bu normaldır. Gənclər bu gün ilk dəfə çıxış ediblər. Əminəm ki, finalda onlar daha yaxşı çıxış edəcəklər. Bilirəm ki, onlar daha çoxuna qadirdir".

Məşqçi vurğulayıb ki, gənclər komandası yenidir, ona görə də bugünkü çıxış onlar üçün böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.

Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

24-26 may tarixlərində keçirilən çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələri baş tutacaq.

Ölkəmizi çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.