İdman

Alveş Eyfel qülləsindən mərc etdi ki...

24 May 2019 19:57
0 Şərh     Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin braziliyalı futbolçusu Dani Alves həmyerlisi Neymar barədə danışıb. 
 
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Alves Neymarın Paris klubunda qalacağına əminliyini ifadə edib. O, müsahibə verdiyi jurnalistə bununla bağlı mərc edə biləcəyini də deyib: 
 
"Mənim evimdə şam yeməyindən mərcə girə bilərəm ki, Neymar PSJ-də qalacaq. Bu azdır? Onda gəl Eyfel qülləsindən mərc edək. Mən hesab edirəm ki, Neymar karyerasını PSJ-də davam etdirəcək. O, hələ burdakı işini yekunlaşdırmayıb. Həyatda qarşına məqsəd qoymalısan, onları yerinə yetirməlisən. Məhz bundan sonra nə istəsən edə bilərsən". 
 
Neymarın "Real"a keçəcəyi ilə bağlı söz-söhbət yayılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.