İdman

Premyer Liqada 2,4 milyardlıq qazanc - FOTO

24 May 2019 16:19
0 Şərh     Baxış: 739

İngiltərənin Premyer Liqa klublarının 2018/19 mövsümündə gəlirləri açıqlanıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, yayım və kommersiya gəlirlərinə görə ən çox qazanan "Liverpul" olub. Mersisayd təmsilçisi cari mövsümdə 152,4 milyon funt-sterlinq gəlir əldə edib.

İkinci pillədə isə "Mançester Siti"dir. Mövsümün çempionu olan "şəhərlilər" 150,9 milyon qazanıb. Avropa Liqasının finalçılarından olan "Çelsi" 146 milyonla 3-cü, Çempionlar Liqasının finalında "Liverpul"la qarşılaşacaq "Tottenhem" 145,2 milyonla 4-cü olub. "Mançester Yunayted" 142,5 milyon funt-sterlinqlə 5-ci olub. İlk 6-lığı isə 142,1 milyon gəlirlə "Arsenal" tamamlayır. 

İngiltərə Premyer Liqasında 2018/19 mövsümündə iştirak edən klubların ümumilikdə gəliri isə 2,4 milyard funt-sterlinqdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.