İdman

“Sevilya”da yeni baş məşqçi

24 May 2019 13:29
0 Şərh     Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sevilya"nı yeni mövsümdə çalışdıracaq baş məşqçi məlum olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, La Liqa təmsilçisi Eusebio Di Françesko ilə razılıq əldə edib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. 49 yaşlı mütəxəssisin təyinatının növbəti həftə açıqlanacağı bildirilir.

Françesko son olaraq "Roma"nı çalışdırıb. Martda vəzifəsindən göndərilən italyan mütəxəssis ondan sonra işsiz idi.

"Sevilya"da bir müddət əvvəl baş məşqçi Xoakin Kaparossla yolların ayrıldığı açıqlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.