İdman

Məşhur futbolçu karyerasını başa vurdu

24 May 2019 15:09
0 Şərh     Baxış: 1 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Braziliya yığmasının sabiq hücumçusu Julio Baptista karyerasını başa vurub.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, bu barədə 37 yaşlı forvard sosial şəbəkə hesabında məlumat yayıb:

"20 ildən çox davam edən peşəkar futbolçu karyeramı başa vurmağa qərar verdim. Yeni bir həyata başlayıram. Xəyallarımı gerçəkləşdirməyimə dəstək verən hər kəsə minnətdaram".

Karyerasına "San Paulo"da başlayan Baptista, "Real", "Arsenal", "Sevilya" və "Roma"nın arasında yer aldığı çoxlu klubda forma geyinib. Onun son klubu isə Rumıniya təmsilçisi "CFR Kluj" olub.

Baptista, Braziliya milli komandasında da 47 oyuna çıxıb, 5 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.