İdman

Avroliqanın Bakı finalına yeni formalarla

23 May 2019 21:16
0 Şərh     Baxış: 428

UEFA İtaliyanın Macron şirkəti ilə 3 illik müqavilə imzalayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sözləşməyə əsasən şirkət 2023-cü ilə qədər avrokuboklarda hakimləri forma ilə təmin edəcək.

Yeni formalardan ilk dəfə Bakıda keçiriləcək Avropa Liqasının finalında istifadə olunacaq. Hakimlər İspaniyanın paytaxtı Madriddəki Vanda Metropolitano stadionundakı Çempionlar Liqasının finalında da yeni formalar geyinəcəklər.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda "Çelsi" və "Arsenal" arasında keçiriləcək final matçını italiyalı FIFA referisi Canluka Rokki idarə edəcək. Çempionlar Liqasının Linal oyunu isə sloveniyalı Damir Skominaya tapşırılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.