İdman

"Yuventus"dan Türkiyə millisinin üzvünə təklif

23 May 2019 21:13
0 Şərh     Baxış: 1 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Alanyaspor"un futbolçusu Merih Demirəl "Yuventus"a keçə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin klubunun idman direktoru  Fabio Paratiki 21 yaşlı müdafiəçinin transferi üçün "Alanyaspor" rəhbərliyi  ilə görüşüb.
 
"Ağ-qaralar"ın Türkiyə millisinin üzvü  üçün 15 milyon avro ödəməyə hazır olduğu deyilsə də, onun "Torino" ilə 5 illik müqavilə bağlayacağı haqda xəbərlər də yayılıb.

Qeyd edək ki, Merih Demirəl hazırda icarə əsasında "Sassuolo"nun formasını geyinir  və bu mövsüm 13 qarşılaşmaya çıxaraq 2 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.