İdman

Abdullah Avcı "Beşiktaş"da?

23 May 2019 21:12
0 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beşiktaş" bir müddət əvvəl Türkiyə millisinə baş məşqçi təyin olunan Şenol Günəşə əvəzləyici tapıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "qara qartallar" bu vəzifəyə hazırda "Başakşəhər"i çalışdıran Abdullah Avcını gətirməyi planlaşdırır. Klub rəhbərliyinin artıq 55 yaşlı mütəxəssislə görüşdüyü və razılıq əldə etməyə yaxın olduğu bildirilir. Təcrübəli məşqçi İstanbul klubunun təklifinə "hə" desə, onunla 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Avcının "Başakşəhər"lə hələ 5 illik sözləşməsi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.