İdman

"Peres Zidana heykəl qoymalıdır"

23 May 2019 17:54
0 Şərh     Baxış: 1 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın sabiq direktoru Xorxe Valdano Zinəddin Zidan barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Valdano Zidanın "Real"a qayıtmaqla riskə yol verdiyini bildirib. O, klub rəhbərliyinin buna görə Zidana minnətdar olmalı olduqlarını vurğulayıb:

"Zidanın qayıdışı demək olar ki, qalibiyyət idi. O, risk edirdi, amma bunu dəf edə bildi. Prezident və klub ona minnatdar olmalıdır. Zidan üçün bir heykəl "Santyaqo Bernabeu"da, biri isə Peresin bağında qoyulmalıdır. Yalnız Zidanın sayəsində mövsümü sakit başa çatdırmaq mümkün oldu. Onsuz necə olacağını təsəvvür etmək olmur. İdman direktoru olmayanda, məşqçi bütün məsuliyyəti üzərinə götürməli olur. O, mövsümün gedişində risk etməyə razılaşdı".

Zidan "Real"a bu ilin mart ayında qayıdıb və 2022-ci ilin iyununa qədər müqavilə bağlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.