İdman

“Barselona”da ciddi itki - finalda oynamayacaq

23 May 2019 13:16
0 Şərh     Baxış: 1 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya çempionu "Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegen İspaniya kubokunun finalında "Valensiya"ya qarşı oyunda forma geyinə bilməyəcək. 

Milli.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Buna onun dizindəki zədəsini hələ də sağaltmaması səbəb olub. 27 yaşlı qolkiperin bərpa müddətinin bir neçə həftə davam edəcəyi bildirilib.

Qeyd edək ki, "Barselona" - "Valensiya" görüşü mayın 25-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.