İdman

"Borussiya" Almaniya millisinin üzvünü transfer etdi

23 May 2019 11:49
0 Şərh     Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Borussiya" (Dortmund) klubu heyətinə daha bir yeni futbolçu cəlb edib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi elitada mübarizə aparan digər klubda - "Bayer"də forma geyinən Yulian Brandtı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Borussiya"nın bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödədiyi bildirilir. Brandt yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Almaniya millisinin üzvü olan 23 yaşlı yarımmüdafiəçi bu mövsüm Bundesliqada 33 oyuna 7 qol vurub, 14 məhsuldar ötürmə edib.

Bundesliqada ilk matçına 2013/14 mövsümündə məhz "Bayer"də çıxan Brandt, Almaniya çempionatında bütövlükdə 165 oyun keçirib, 34 qola imza atıb. O, Almaniya yığmasında da 24 oyuna çıxıb, 2 qol vurub.

Qeyd edək ki, "Borussiya" Brandtdan əvvəl "Hoffenhaym"dan Niko Şultsu və Münhenqladbax "Borussiya"sında Torqan Hazardı transfer etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.