İdman

UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb

22 May 2019 21:14
Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA İcraiyyə Komitəsi iclası Bakıda keçiriləcək.

AFFA-dan Milli.Az-a verilən məlumata görə, mayın 29-da Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının Gündəlik məsələləri açıqlanıb:

İcraiyyə Komitəsi iclasının gündəliyi

1. 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müyyənləşdirilməsi
2. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi
3. Futzal üzrə UEFA Avropa Çempionatı 2020-22
4. 2019/20 UEFA Avropa U-17 və U-19 çempionatları
5. 2019/20 UEFA Avropa Qadınlararası U-17 və U-19 çempionatları
6. UEFA İntizam qaydaları (2019 buraxılışı)
7. UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı)
8. UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı)
9. Turnirlərin əsasnamələri - Oyun qaydalarına adaptasiya
10. UEFA Avropa Gənclər çempionatlarının formatı
11. Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması 
12. UEFA Grassroots mükafatı 2019
 
Xatırladaq ki, tarixdə ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası Bakıda təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.