İdman

"Çelsi" və "Arsenal"ın Bakıda qalacağı otellər məlum oldu

22 May 2019 15:18
0 Şərh     Baxış: 2 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçiriləcək Avropa Liqasının final oyununda "Çelsi"nin sahibi Roman İbrahimoviçin də iştirakı gözlənilir.

Milli.Az xəbər verir ki, bu haqda qol.az saytına London klubu rəsmilərinə yaxın mənbədən məlumat daxil olub. Rusiyalı iş adamı klub rəhbərliyinə "Arsenal"la Bakıda keçiriləcək oyunu canlı izləyəcəyini deyib. Əgər son anda onun iş qrafikində hər hansı dəyişiklik olmasa, Abramoviç komandasına Bakıda dəstək verəcək.

Bu arada qol.az-a da bəlli olub ki, "Çelsi" Bakıda 5 ulduzlu "Hyatt Park", "Arsenal" isə "Alov qüllələri"ndə yerləşən "Fairmont" otelində qalacaq.

Xatırladaq ki, Avropa Liqasının "Çelsi" - "Arsenal" final oyunu mayın 29-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.