İdman

"Borussiya" Hazardı transfer etdi - FOTO

22 May 2019 14:28
0 Şərh     Baxış: 1 037

Almaniyanın "Borussiya" klubu ikinci transferini rəsmən açıqlayıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Dortmund təmsilçisi Münhenqladbax "Borussiya"sından 26 yaşlı belçikalı yarımmüdafiəçi Torqan Hazardı transfer edib. Bu transfer "Borussiya"ya 20 milyon avroya başa gəlib. Hazardla 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Torqan Hazard bu mövsüm Bundesliqada 32 oyuna 10 qol vurub, 11 assist edib.

"Borussiya" daha öncə "Hoffenhaym"dan Niko Şultsu 27 milyon avroya transfer edib. Bundan əlavə, dortmundlular "Bayer"in vingeri Yulian Brandtın transferində anlaşma əldə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.