İdman

Konte məhkəməni uddu - "Çelsi"dən 9 milyon avro alacaq

22 May 2019 10:18
0 Şərh     Baxış: 1 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaxtından əvvəl istefaya göndərildiyi üçün "Çelsi"ni məhkəməyə verən Antonio Konte istəyinə çatıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, məhkəmə italiyalı mütəxəssisin lehinə qərar çıxarıb. Beləliklə, London klubu təcrübəli çalışdırıcıya 9 milyon avro təzminat ödəyəcək. "Zadəganlar"ın qərardan apellyasiya şikayəti verməyəcəyi bildirilir.

"Çelsi" 2003-cü ildən - Roman Abromoviçin gəlişindən sonra qovulan məşqçilərə görə ümumilikdə 90 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Konte 2016-2018-ci illərdə ingilis klubunu çalışdırıb. O, müqaviləsinin başa çatmasına 1 il qalmış istefaya göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.