İdman

Alman azarkeşlərdən jest: Finalın biletlərini azərbaycanlı uşaqlara payladılar

22 May 2019 09:37
3 Şərh     Baxış: 2 803

Almaniyanın "Ayntraxt" klubunun azarkeşləri azərbaycanlı fanatlara jest edib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Avropa Liqasının yarımfinal mərhələsində "Çelsi"yə penaltilər seriyasında uduzan Frankfurt klubunun bir çox azarkeşi Bakıda keçiriləcək finala bileti daha öncədən alıb. Komandanın finala yüksələ bilməməsi alman azarkeşlərin Bakı planlarını pozub. 

"DW Sports" nəşrində çalışan almaniyalı jurnalist Feliks Tamsut "Twitter" hesabında "Ayntraxt" azarkeşlərinin biletlərini Azərbaycanda yoxsulluq içində yaşayan uşaqlara bağışladığını yazıb.

"Finala bilet alanlar nə edib? Almaniyada çıxan xəbərlərə görə, təxminən 100 "Ayntraxt" fanatı biletlərini Azərbaycandakı yoxsul uşaqlara bağışlayıb", - deyə Feliks qeyd edib.

Avropa Liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" klubları qarşı-qarşıya gələcək. Mayın 29-u, Bakı Olimpiya Stadionunda keçiriləcək matç üçün biletlərin qiyməti 30-140 avroyadır.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Tam Maxfi. · 22 May 11:5610

    Duzdu oz isleri duzelmeyib.Ancaq yene kisi kimi is gorubler.Eger xeber deqiqdirse.

    Cavab yaz
  • Anonim
    Qaqa · 22 May 12:4610

    basqa yollari olmayibaxi. Kime satacaqdilarki. tek tek gerek 1i gelib otursun burda satsin. Birde 50eorunu olar 1 saata qazanir.

    Cavab yaz
  • Anonim
    123 · 22 May 15:2400

    men inanmiram bleler yoxsul usaqlara catacaq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.