İdman

"Arsenal"ın Bakıda çoxlu azarkeşinin olduğunu bilirəm" - Emeri

21 May 2019 21:16
0 Şərh     Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azarkeşlərimiz bizimlə stadiona gəlmək istəyirlər. Bu anı gözləyirik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri  mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Bakıda keçiriləcək Avroliqanın finalında yetərincə azarkeş dəstəyi alacaqlarına ümid etdiyini bildirib: "Arsenal"lın çox azarkeşi var. Klubun Bakıda çoxlu fanatları olduğunu da bilirəm. Yəqin ki,  onlar da stadionda olacaqlar. Amma Londondakı fanatlarımızın da bizimlə olmasını istəyirik".

İspaniyalı məşqçi erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gətirilməməsi ilə bağlı da danışıb. 48 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan hökumətinin futbolçunun Bakıdakı təhlükəsizliyi ilə bağlı verdiyi  təminata inanır: "Mən onlara inanıram. Ancaq bu, onun şəxsi qərarıdır. Qərara hörmətlə yanaşlaıyıq. O, ailəsi ilə də danışdı. Mən Bask bölgəsindənəm. Bizim də böyük siyasi problemlərimiz var. Onun qərarını başa düşünürəm".

Xatırladaq ki, "Arsenal" mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Çelsi" ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.