İdman

Xavi də getdi

21 May 2019 08:58
0 Şərh     Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya millisi və "Barselona"nın sabiq oyunçusu Xavi Ernandes futbolçu karyerasını başa vurub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi ötən gün son oyununa çıxıb. O, Qətərin "Əl-Sədd" klununun hyətində Asiya Çempionlar Liqasında "Perspolis"lə görüşdən sonra meydanı birdəfəlik tərk edib. Xavinin "Əl-Sədd"də qalaraq məşqçi kimi fəaliyyət göstərəcəyi iddia olunur.

Qeyd edək ki, uzun illər "Barselona"nın kapitanı olmuş Xavi 2000-2014-cü illərdə bu komandada 767 oyuna çıxıb. O, 8 dəfə İspaniya La Liqasının, 3 dəfə İspaniya Kral Kubokunun, 6 dəfə Superkubokunun, 4 qat Çempionlar Liqası, 2 qat UEFA Superkuboku və 2 qat Klublararası Dünya Çempionatının qalibidir.

O həmçinin, İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2008 və 2012-ci ildə isə Avropa çempionatını qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.