İdman

"Qəbələ"nin futbolçusunun qaraciyərində xəstəlik aşkarlandı

20 May 2019 16:44
0 Şərh     Baxış: 902

"Qəbələ"nin yarımmüdafiəçisi Ceyms Adeniyinin xəstəliyinin səbəbi müəyyənləşib.

Milli.Az xəbər verir ki. bu barədə qol.az-a komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib. Onun sözlərinə görə, nigeriyalı futbolçunun qaraciyərində xəstəlik aşkarlanıb:

"Ceyms son vaxtlar özünü yorğun hiss edirdi. Tibbi müayinədən sonra qaraciyərində xəstəlik aşkarlandı. Bir neçə gündür xəstaxanada yatır. Elə indi yanından gəlirəm. Artıq palataya köçürüblər. Müalicəsi davam edir. Şükürlər olsun ki, özünü yaxşı hiss edir. Tezliklə evə buraxılacaq".

Qeyd edək ki, geridə qalan mövsümdə 10 qolla "Qəbələ"nin ən sərrast futbolçusu olan Adeniyi xəstə olduğu üçün kubokun finalında dünən "Sumqayıt"la keçirilən oyunu (1:0) buraxıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.