İdman

Beylin getmək fikri yoxdur - "Qolf da oynasam, "Real"da qalacam"

20 May 2019 15:47
0 Şərh     Baxış: 944

"Real"da qalıb-qalmayacağı müzakirə olunan Qaret Beyl haqqında dolaşan söz-söhbətlərə aydınlıq gətirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Radioestadio"ya danışan uelsli futbolçu müqaviləsi bitənə qədər heç yerə getməyəcəyini bildirib:

"Hələ 3 illik müqaviləm var. Məni göndərmək istəyirlərsə, hər il 15 milyon avro ödəməlidirlər. Ödəməsələr, burada qalacağam. Meydana buraxmasalar, qolf oynayacağam. İstənilən halda "Real"da qalacağam".

Qeyd edək ki, Beyl qolf oynamağı çox sevir. Hətta onun Madriddəki evinin baxçasında böyük qolf meydançasının olduğu bildirilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.