İdman

Mahir oradan da atasının adını və soyadını sildirdi - FOTO

20 May 2019 13:01
15 Şərh     Baxış: 5 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədətovlar ailəsindəki qalmaqal son günlər gündəmdən düşmür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, prodüser Anar Mədətovun 22 illik həyat yoldaşı Elnurə Mədətovadan ayrılması və başqası ilə ailə qurmasını övladları qəbul etməyib.

Prodüserin oğlu, "Qarabağ" futbol klubunun üzvü Mahir atasının adından və soyadından imtina edərək, əvvəlcə şəxsiyyət vəsiqəsini dəyişdirib. Bu dəfə isə Mahir "Wikipedia"da özü ilə bağlı bütün məlumatlarını dəyişdirib. O, atası ilə bağlı hissəni oradan sildirib. Mahir şəxsiyyət vəsiqəsində olduğu kimi atasının adını Mahir, soyadını isə Emreli kimi qeyd edib.

Qeyd edək ki, Anar Samirə adlı vizajistlə ailə qurur. Cütlüyün xına mərasimi olub. Anar bildirib ki, toy etməyəcək. O, artıq kəbin kəsdirdiyini açıqlayıb.

Anar və Elnurə cütlüyünün iki övladı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.