İdman

"Qəbələ" 4 futbolçu ilə yollarını ayırdı

20 May 2019 14:23
0 Şərh     Baxış: 794

2018/19 mövsümünü titulla başa vuran "Qəbələ" 4 futbolçu ilə yollarını ayırıb.  

Milli.Az futbol11.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" İlqar Qurbanov və legionerlər - Lalavele Atakora, Sabien Lilay, Stiven Jozef Monrozu yola salıblar. Futbolçularla yeni müqavilə imzalanmamasına qərar verilib. Monrozun karyerasını "Neftçi"də, Atakoranın isə Türkiyədə davam etdirəcəyi gözlənilir. 

Komandadakı digər legionerlərin taleyi isə hələlik müəyyənləşməyib. Vosilav Stankoviç, David Volkov və Ceyms Adeniyi müqavilələri davam etdiyi üçün komandada qalacaqlar. Müqaviləsi başa çatan qapıçı Dmitri Bezotosnı ilə danışıqlar aparılacaq. 

Qeyd edək ki, "Qəbələ" Azərbaycan kubokunun qalibi olub.  

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.