İdman

Seria A turnirinin İstanbul mərhələsində gümüş medal

20 May 2019 07:55
0 Şərh     Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınlardan ibarət milli komandanın lideri İrina Zaretska (-68 kq) İstanbulda Karate1 Seria A turnirinin gümüş medalını qazanıb.

Azərbaycan Milli Karete Federasiyasından Milli.Az-a verilən məlumata görə, Marina Rakoviçlə (Monteneqro) final görüşü rəqibin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Rafael Ağayev (-75 kq) isə bir-birinin ardınca iki döyüşdə aldığı zədələr səbəbindən 5-ci görüşü yarımçıq dayandırmalı olub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov fərqlənən idmançıların mükafatlandırma mərasimində iştirak edib. Mötəbər turnirində 102 ölkədən 1813 karateçi iştirak edib.

Milli komandanı iyunun əvvəli Çinin Şanxay şəhərində Premyer Liqa turniri gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.