İdman

Rusiya Universitetinin kafedra müdiri: "Yarışdan yarışa Azərbaycanın gimnast komandasının peşəkarlıq səviyyəsi yüksəlir"

19 May 2019 19:35
Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yarışdan yarışa Azərbaycanın gimnast komandasının peşəkarlıq səviyyəsi yüksəlir. Milli.Az bildirir ki, bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə 35-ci Avropa çempionatını izləyən P.F.Lesqaft adına İdman və Sağlamlıq Milli Dövlət Universitetinin Gimnastikanın nəzəriyyəsi və metdodikası kafedrasının müdiri (Rusiya, Sankt-Peterburq) Raisa Terexina deyib.

O bildirib: "Bakıya gəlməyi sevirik, çünki bura çox gözəl şəhərdir, bizi çox xoş qarşılayırlar, yaxşı yarışlar keçirilir. Əlbəttə, bizlər - yəni mütəxəssislər üçün əsas Avropa gimnastika məkanında bədii gimnastikanın inkişaf səviyyəsini izləməkdir. Sevindirici haldır ki, bir çox ölkələr gimnastikada səviyyəsni yüksəldib, liderlərin arxasınca gedirlər və artıq çox maraqlı proqramlar göstərirlər".

R.Terexinanın sözlərinə görə, Azərbaycanın gimnast komandasının peşəkarlıq səviyyəsi yüksəlib: "Azərbyan komandası daim inkişaf edir, mənə elə gəlir ki, komanda ilə işləyən mütəxəssislər yaxşı çalışırlar və hər yarışda komandanın peşəkarlıq səviyyəsinin yüksəldiyi görünür".

O, Bakıda yarışların çox yüsək səviyyədə keçdiyini də xüsusi qeyd edərək deyib:

"Bakıda yarışlar həmişə yaxşı keçir, hər şeyin çox dəqiq hazırlandığı görünür. Bədii gimnastika üzrə Dünya çempionatında da bura gəlməyə ümid edirik. Azərbaycana gəlmək həmişə xoşdur, çünki yarışların hazırlanması məsələsində sizin çox savadlı, peşəkar mütəxssisləriniz var".

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilmiş bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edib.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.