İdman

Arina Averina qızıl medal qazandı

19 May 2019 16:37
Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı gimnast Arina Averina Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatının halqa ilə hərəkətlərdə qızıl medalını qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, A.Averina 22.850 bal toplayıb.

İkinci yeri 22.050 bal toplayan Rusiyalı gimnast Aleksandra Soldatova tutub, üçüncü yerdə 21.800 xal toplayan Bolqarıstan nümayəndəsi qərarlaşıb.

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatının final mərhələsinın yarışları davam edir.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.