İdman

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qalib komandaları mükafatlandırılıb - FOTO

19 May 2019 15:19
Baxış: 455

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa çempionatının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, mükafatlar beş və beş lentlər qrup hərəkətləri üzrə qaliblərə verilib.

Beş halqa ilə hərəkətlərdə Avropa çempionu adını Rusiya komandası (24.450 xal) qazanıb. Ukrayna komandası (23.400 xal) gümüş, Belarus komandası (23.250 xal) bürünc medallara sahib olub.

Mükafatları Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsinin üzvü Paolo Frizinq, UEG-in bədii gimnastika üzrə texnki komitəsinin üzvü Pankrasiya Sirvent Mut və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim edib.

Beş lentlə hərəkətlərdə Rusiya komandası (21.000 xal) qızıl, İsrail komandası (19.900 xal) gümüş, Belarus komandası (19000 xal) bürünc medal qazanıb.

Mükafatları Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, UEG-in bədii gimnastika üzrə texnki komitəsinin rəhbəri Mariya Petrova və Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev təqdim edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.