İdman

"Yuventus" məşqçi axtarışında

19 May 2019 15:12
0 Şərh     Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mövsümün sonunda Massimiliano Alleqri ilə yollarını ayıracağını açıqlayan "Yuventus" yeni baş məşqçi axtarışlarına başlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qoca sinyora"nın Antonio Konte ilə danışıqlar apardığı deyilsə də, bu xəbər təkzib olunub. İtaliyalı mütəxəssisin "İnter"lə razılığa gəldiyi və böyük ehtimalla, növbəti mövsümə bu klubda başlayacağı bildirilir.

Bundan başqa, Kontenin keçmişdə "Yuventus"un prezidenti Andrea Anyelli ilə problemlər yaşadığı, bu səbəbdən yenidən Turin komandasının "sükanı arxasına" keçməyəcəyi deyilir.

"Yuventus"un namizədləri siyahısında ilk yerdə "Tottenham"in çalışdırıcısı Maurisio Poçettinonun olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.