İdman

Rusiyalı gimnastlar Avropa çempionatında ikinci qızıl medalı qazandılar

19 May 2019 14:20
Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya komandası 21.000 balla bədii gimnastika üzrə 35-ci Avropa çempionatında beş lentlə ilə hərəkətlərdə qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, komandanın Avropa çempionatında qazandığı artıq ikinci qızıl medaldır.

İsrail komandası beş lent ilə hərəkətlərdə gümüş, 19.000 bal toplayan Belarus komandası isə bürünc medal qazanıb.

Xatırladaq ki, Bakıda Milli Gimnastika Arenasında Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı başlayıb. Bu gün mübarizə altı komplekt medallar uğrunda aparılacaq (fərdi hərəkətlər üzrə dörd medal, qrup çıxışları üzrə isə iki medal).

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.